Zəlzələ nəticəsində iki nəfər Azərbaycan vətəndaşı itkin düşüb - VİDEO

 Zəlzələ nəticəsində iki nəfər Azərbaycan vətəndaşı itkin düşüb - VİDEO

"Türkiyədə dağıdıcı zəlzələ nəticəsində itkin düşən iki nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur. Hazırda onların axtarışları davam etdirilir".

Asayis.Az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin 1-ci katibi Aygün Qocayeva deyib.

Onun sözlərinə görə, ötən günlərlə müqayisədə təxliyə ilə bağlı səfirliyə müraciətlərin sayı azalıb.

Aygün Qocayeva Azərbaycandan Türkiyəyə edilən yardımlardan da danışıb. Bildirib ki, bu proses koordinasiyalı şəkildə həyata keçirilir. Türkiyənin aidiyyəti qurumları ilə lazım olan əşyaların siyahısı hazırlanaraq Azərbaycana göndərilir. Bundan sonra həmin yardımlar zəlzələ bölgəsinə çatdırılır.

Qeyd edək ki bu günə qədər Türkiyədən 565 nəfər vətəndaşımız və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub.

12:22 - 19 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin