Azərbaycanda ağır yol qəzası: Bir nəfər ölüb, yeddi nəfər yaralanıb

 Azərbaycanda ağır yol qəzası: Bir nəfər ölüb, yeddi nəfər yaralanıb

Fevralın 18-də saat 19:00 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində bir nəfərin ölməsi və yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Asayis.Az-ə bildirilib ki, baş verən qəzada iki minik avtomobili toqquşub.

Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü, 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, iki sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

11:49 - 19 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin