İmişlidə iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb

 İmişlidə iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb

İmişli rayonunda iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb.

Asayis.Az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü Rza Ramiq Turqut oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

11:39 - 19 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin