Naxçıvan sakinlərindən qanunsuz saxladıqları silahlar götürüldü

 Naxçıvan sakinlərindən qanunsuz saxladıqları silahlar götürüldü

Naxçıvan sakinlərindən qanunsuz saxladıqları silahlar götürülüb.

Asayis.Az “Report”un yerli bürosunun məlumatına istinadən xəbər verir ki, muxtar respublikanın daxili işlər orqanlarının əməkdaşları əhalidə qanunsuz saxlanılan silahların yığılması ilə bağlı təxirə salınmaz tədbirlər görür.

Belə ki, Culfa Rayon Polis Şöbəsi əməkdaşları Qazançı kənd sakini Emil Abbasovdan 20 kalibrli, Şərur polisi isə Şərur şəhər sakini Anar Məmmədovdan 16 kalibrli, qoşalülə, atəşə yararlı ov tüfəngləri aşkarlayaraq götürüblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

16:00 - 18 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin