Bu tarixdə Ağalı kəndinə daha 20 ailə köçürüləcək

 Bu tarixdə Ağalı kəndinə daha 20 ailə köçürüləcək

Fevralın sonunda, martın ilk həftəsi ərzində Zəngilan rayonun Ağalı kəndinə daha 20 ailə köçürüləcək.

Asayis.Az report-a istinadən xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O vurğulayıb ki, həmin ailələrin iki mərhələdə köçürülməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu vaxta kimi işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə 66 ailə köçürülüb.

13:37 - 18 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin