Məzarı hazırlanmışdı, 258 saat sonra sağ çıxarıldı - VİDEO

 Məzarı hazırlanmışdı, 258 saat sonra sağ çıxarıldı - VİDEO

Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən 258 saat sonra dağıntılar altından bir qadın xilas edilib.

Asayis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı Neslihan Kılıç zəlzələdən 11 gün sonra dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Qadının qohumlarından biri onun artıq məzarının hazır olduğunu və cəsədinin tapılmasını gözlədiklərini bildirib.

Qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər həlak olub.

10:00 - 18 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin