"Siyəzəndəki qəzada 2 müəllim ölüb, 5-i xəstəxanaya yerləşdirilib" - Nazirlik

Elm və Təhsil Nazirliyi Siyəzəndə yol qəzasında ölən və xəsarət almış müəllimlərlə bağlı məlumat yayıb.

Nazirlikdən Asayis.Az-a daxil olan məlumatda deyilir:

"Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllimimiz qəzaya düşüb.

Onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllimimiz isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!".

*** 10:01

Fevralın 17-də saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Asayis.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.

"Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində Mercedesdə olan sərnişinlərdən 3 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

15:55 - 17 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin