Bakıda geyim mağazasında OĞURLUQ - ANBAAN VİDEO

 Bakıda geyim mağazasında OĞURLUQ - ANBAAN VİDEO

Bakıda oğurluq hadisəsi baş verib. 

Asayis.Az BAKU.WS-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Süleyman Rəhimov küçəsindəki ("28 Mall" ticarət mərkəzinin yanı) geyim mağazasında qeydə alınıb.

Naməlum qadın mağazaya alıcı kimi daxil olaraq oğurluq edib. O paltar dükanından köynək və çanta da daxil olmaqla bir neçə əşya oğurlayıb.

Həmin an yaşananlar təhlükəsizlik kamerası tərəfindən görüntülənib, daha sonra isə sosial şəbəkələrdə yayılıb.

Bir neçə gün əvvəl mağaza sahibləri qadına geyimləri qaytarmaq üçün xəbərdarlıq ediblər. O isə bu xəbərdarlığa məhəl qoymayıb. 

Asayis.Az sözügedən oğurluq hadisəsinin görüntülərini təqdim edir:

 

13:14 - 17 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin