Bakıda Əfqanıstan vətəndaşı ölüb.
Asayis.Az APA-ya istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü, Əfqanıstan Respublikasının vətəndaşı olmaqla, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Ali Komissarlığı tərəfindən mandatlı qaçqın statusu verilmiş Gorban Masum Alının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nəsimi küçəsi, ev 32a ünvanında yerləşən fərdi yaşayış evində meyiti tapılıb.
İlkin araşdırma zamanı mərhumun uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyi məlum olub.