Türkiyədəki bu bina görənləri heyrətə gətirdi - FOTO

 Türkiyədəki bu bina görənləri heyrətə gətirdi - FOTO

 

Türkiyənin İstanbul şəhərinin Çekmeköy səmtində yerləşən 5 mərtəbəli “Savaş apartmanı” adlı binanın sosial şəbəkədə paylaşılan görüntüləri müzakirələrə səbəb olub.

Asayis.Az ntv-yə istinadən xəbər verir ki, üçbucaq formalı, ön tərəfdən nazik divar üzərində tikilmiş kimi görünən bu binanın birinci mərtəbəsində iş yerləri və obyektlər də var.

Binanın podratçısı Eser Karataş isə açıqlamasında bildirib ki, bina yenidir və layihəsini də bələdiyyə təsdiq edib:

“Bizim binamız yeni binadır. Heç 10 yaşı da yoxdur. 2013-cü ildə bələdiyyə tərəfindən təsdiq edilmiş sənədlər əsasında inşa olunub. Quruluş və forma bələdiyyə tərəfindən təsdiq edilib".

Onun sözlərinə görə, binada heç bir struktur problemi yoxdur. Zəlzələ ilə bağlı qaydalara tam uyğundur.

Bundan başqa, binanın torpağının sahibi olan Fikrət Savaş açıqlamasında, “Mən də burada yaşayıram. Bina ilə bağlı heç bir problemimiz yoxdur, razıyıq", - deyə qeyd edib.

13:29 - 16 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin