Zəlzələ riski ən yüksək və ən az olan ölkələr - SİYAHI

 Zəlzələ riski ən yüksək və ən az olan ölkələr - SİYAHI

Dünyada elə bir ölkə yoxdur ki, orada zəlzələ olmasın. Lakin bəzi bölgələrdə zəlzələ riski çox aşağıdır.

Asayis.Az xarici KİV-ə istinadən zəlzələ riskinin ən yüksək və ən az olan ölkələri təqdim edir:

Birinci dərəcəli zəlzələ riski olan ölkələr və bölgələr aşağıdakılardır:

ABŞ-nin Kaliforniya ştatı, Meksika, Çili, Peru, İspaniya, İtaliya, Yuqoslaviya, Yunanıstan, Türkiyə, İran, Qafqaz-Himalay, İndoneziya, Filippin, Yaponiya, Şimali Afrika, İslandiya, Yeni Zelandiya, Havay adaları.

Bəs, zəlzələ riski ən az olan ölkə və bölgələr hansılardır?

Rusiyanın Sibir bölgəsi, Kanada, İngiltərə, Almaniya, Polşa, Braziliya, Avstraliya və Şərqi Avropanın bir hissəsi.

Bu siyahıda Fransa, Hollandiya və Skandinaviya ölkələrini də əlavə etmək olar.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb.

18:09 - 15 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin