Azərbaycanlı "qanuni oğru"ya 23 il HƏBS TƏLƏBİ: "Rövşən Lənkəranski"nin adamlarını...

 Azərbaycanlı

Moskva şəhər məhkəməsi “Rəşad Gəncski” ləqəbli "qanuni oğru" Rəşad İsmayılovu cəzasını ciddi rejimli müəssisədə çəkməklə 23 il müddətində azadlıqdan məhrum edilməsi istənilib. 

Asayis.Az Lent.az-a istinadən xəbər verir ki, o, qətl, qeyri-qanuni silah saxlama, və digər cinayətlərdə ittiham olunur. 

Məhkəmə istintaqı sübut edib ki, o və əlbir olduğu şəxslər 2009-cu ildə Moskvada  iki azərbaycan vətəndaşını – Məmmədli Hüseynov və Qəşəm Verdiyevi qətlə yetiriblər. Onlara silahdan 29 atəş açılıb. Öldürülən hər iki şəxs “Rövşən Lənkəranski”nin klanına daxil olub. Onlar Rusiya paytaxtında meyvə-tərəvəz tədarükünə nəzarət edirdilər.

"Rəşad Gəncski" ittihamları qəbul etməyib.  

Rəşad İsmayılov

17:19 - 15 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin