Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən xəbərə görə, hadisə fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb. “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfər sürücünü döyərək mobil telefonunu alıblar və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurublar. Bu barədə polisə məlumat daxil olub
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.
əzər rayon Polis İdarəsində araşdırma aparılır.