“Paltarlar elə çirkli və səliqəsiz şəkildə göndərilib ki... Biz bunları harada yuyaq? Harada ütüləyək? Buna görə də hamıdan xahiş edirəm, ikinci əl əşyalar, geyinilmiş paltarlar göndərməyin!”
Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri müğənni Haluk Levent deyib. Sənətçi zəlzələ böləsindəki insanlar üçün göndərilən çirkli və geyinilmiş paltarların lazımsız olduğunu bildirib:
“Bəziləri deyir ki, zəlzələ bölgəsindəki insanlar üşüyürlər, göndərim mənim köynəyimi geyinsinlər. Yüzlərlə yeni paltar almağa imkanı olan insanlar var... Xahiş edirəm, belə etməyək dostlar...”.
Xatırladaq ki, fevralın 6-sı Türkiyənin 10 şəhərini əhatə edən 7,7 bal gücündə şiddətli zəlzələ baş verib. Təbii fəlakət kütləvi dağıntılara və insan tələfatına səbəb olub. Türkiyədə 3 ay fövqəladə vəziyyət elan olunub.
https://baku.tv/dunyaa/haluk-levent-paltarlar-ele-cirkli-ve-seliqesiz-sekilde-gonderilib-ki