Xaçmazda dərzi intihar edib

 Xaçmazda dərzi intihar edib

Xaçmaz şəhər sakini intihar edib. Asayis.Az report-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Şərifov Əfqan Rüstəm oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

E.Şərifov rayonda dərzi fəaliyyəti ilə məşğul olub.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

13:19 - 14 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin