Ucarda mikroavtobusla TIR-ın toqquşması nəticəsində xəsarət alanların sayı altıya çatıb.
Asayis.Az-ın report-a istinadən xəbərinə görə, onlardan üç nəfəri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəsarət alanlar - Bakı sakinləri olan iki bacı 1963-cü il təvəllüdlü Məmmədova Sevda, 1970-ci il təvəllüdlü Hacıyeva Mahirə və Şəmkir sakini 1979-cu il təvəllüdlü Qəhrəmanov Rafiq Vaqif oğludur.
***09:51
Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var.
Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mersedes sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.
Nəticədə 1 nəfər hadisə yerində ölüb. 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.