Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.
Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onlardan biri dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, bir sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir.