Azərbaycanda dilənçi qadın yığdığı pulu Türkiyəyə yardım üçün göndərdi

 Azərbaycanda dilənçi qadın yığdığı pulu Türkiyəyə yardım üçün göndərdi

Azərbaycanda 70 yaşlı dilənçi qadın cibində olan son 50 manatını Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım olaraq göndərib. 

Asayis.Az xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb:

"Pul kisəmdə nə var idi göndərdim. Danışa bilmirəm, heç nə deyə bilməyəcəm, ürəyim ağrıyır. Onlara qurban olum. Uşaqları gördüm çox pis oldum". 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Nəticədə ölənlərin sayı 31 643 nəfərə çatıb.

19:10 - 13 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin