Türkiyədə zəlzələ bölgəsindəki bu binalar salamat qaldı

 Türkiyədə zəlzələ bölgəsindəki bu binalar salamat qaldı

Türkiyənin Kahramanmaraş bölgəsində meydana gələn güclü zəlzələ 10 şəhəri yerlə-yeksan edib. 

Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, fəlakət bölgəsində "TOKİ" inşaata aid 134 min bina isə zəlzələdən heç bir zərər görməyib. 

Kahramanmaraşın "12 Şubat" ərazisində yerləşən tikililərdə bir çat belə meydana gəlməyib.

"Bizim binalar da silkələndi, amma çökmədi, sağ-salamatdır. Binalarımızda bir dənə də olsa çat yoxdur", - deyə həmin tikililərin sahibi bildirib. 

Xatırladaq ki, "TOKİ" inşaat 2002-ci ildən bu yana Türkiyədə 1 milyon 180 min bina tikib. 

18:49 - 13 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin