Zəlzələdə ölən futbolçunun adı stadiona verildi

 Zəlzələdə ölən futbolçunun adı stadiona verildi

Türkiyədə baş verən zəlzələdə həlak olan "Kahramanmaraş İstiklalspor" klubunun 23 yaşlı futbolçusu Saruhan Bolatın adı Giresundakı stadionlardan birinə verilib.

Asayis.Az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Yağlıdərə rayonunun bələdiyyə sədri Yaşar İbaş deyib.

O bildirib ki, Yağlıdərə Rayon Stadionunun adı Saruhan Bolat Rayon Stadionu olaraq dəyişdirilib.

Qeyd edək ki, "Kahramanmaraş İstiklalspor" Türkiyənin həvəskarlar liqasında çıxış edir.

Xatırladaq ki, Saruhan Bolatdan başqa, komandanın daha iki oyunçusu Taner Kahriman və Hakan Doğan da dağıntılar altında qalaraq həlak olublar.

18:01 - 13 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin