Abşeronda narkotik satan 6 nəfər saxlanıldı - VİDEO

 Abşeronda narkotik satan 6 nəfər saxlanıldı - VİDEO

Abşeron rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən məlumata görə, rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri İsayev, Musfiq İsayev, Asim Ağayev və Samir  Rzayev saxlanılıblar.

Bu şəxslər izahatlarında narkotikləri şəxsi istifadələri üçün Xırdalan şəhərində yaşayan Aqil adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs -  Aqil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxş zamanı 4 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib. Aqil Əsgərov ifadəsində Xırdalan şəhəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. İdarə əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər – Amil Talıbov da saxlanlılıb. Həmin şəxsdən isə 1 kiloqrama yaxın marixuana aşkar olunub.

Faktlarla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

16:01 - 13 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin