Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən xəbərə görə, paytaxt sakini E.İbrahimovun mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər hadisəni törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədova saxlanılıb. Araşdırma aparılır.