Tanınmış şəxs zəlzələ bölgəsində çəkdiyi videoya görə həbs edildi

 Tanınmış şəxs zəlzələ bölgəsində çəkdiyi videoya görə həbs edildi

Türkiyə zəlzələ bölgəsindəki oğurluq hadisələrini danışdığı ərəfədə "Masterchef" yarışmaçılarından olan Uğur Kardaş diqqət çəkən video yayımlayıb.

Asayis.Az xəbər verir ki, zəlzələdə zərər çəkənlərə könüllü yardım edənlərə qoşulan Kardaş görüntüdə "Əllərimə baxın, günlərdir dağıntılar altından insan çıxarmaqdan nə hala gəldi. Həyatını itirənlərin cansız bədənini çıxarıb arxaya qoyuruq. Həmin ərəfədə biri gəlib qolunu kəsib, qızıllarını aparır. Allah bəlamızı versin" sözlərini deyib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ad çəkmədən onunla bağlı açıqlama verib. O, videonu çəkən kişinin polis tərəfindən saxlanıldığını deyib:

"Bir video izlədim. Adamın oxumuş, böyük şəhərlərdə yaşadığı görünür. İnsan kimi danışır. Amma "Bir əfqan qol kəsib, qızılları götürdü" deyir. Onu nəzarətə götürdük".

11:02 - 13 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin