Tolik o uşaqlardan birini övladlığa götürmək istəyir

 Tolik o uşaqlardan birini övladlığa götürmək istəyir

Aparıcı Tarix Əliyev (Tolik) Türkiyədə zəlzələdə valideynlərini itirən körpələrdən birini övladlığa götürmək istəyir.

Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda Tolik özü məlumat yayıb. O bildirib ki, bununla bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edəcək:

"Qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində yüzlərlə körpə uşaqlar valideynsiz qalıb. Eşitdiyim xəbərə görə, Türkiyə dövləti bu uşaqların övladlığa götürülməsinə şərait yaradır. Mən də buradan müraciət edirəm Türkiyə Səfirliyinə. Əgər belə imkan varsa, mənə yardımçı olun. Orada olan 1-2 aylıq uşaqlardan birini övladlığa götürüm. Mənim iş yerimi, evimi araşdırsınlar".

Qeyd edək ki, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi zəlzələdə valideynini itirən uşaqlarla bağlı açıqlama yayaraq, onların xaricdə yaşayan ailələrə verilməsinin mümkünsüz olduğunu bildirib. 

10:23 - 13 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin