Sumqayıtda 54 yaşlı kişi sükan arxasında ölüb

 Sumqayıtda 54 yaşlı kişi sükan arxasında ölüb

Sumqayıtda 54 yaşlı kişi sükan arxasında ölüb.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Saray körpüsü” adlanan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik vasitəsinin sürücüsü, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Mikayılzadə Orxan Piri oğlu qəflətən özünü pis hiss edib və idarəetməni itirib. Sükan arxasında dünyasını dəyişən 54 yaşlı sürücünün avtomobili hadisə nəticəsində qarşıda hərəkətdə olan digər iki avtomobilə dəyib.

Meyit aidiyyəti üzrə təhvil verilib. Bir müddət körpüdə avtomobillərin hərəkətində sıxlıq yaranıb. Yol polisinin müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

14:40 - 12 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin