Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı iş adamı Salyanda dəfn olunub

 Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı iş adamı Salyanda dəfn olunub

Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı iş adamı, 1965-ci ildə Salyanda anadan olmuş Əliyev Eldəniz Həbib oğlu doğulduğu Arbatan kənd qəbristanlığında torpağa tapşırılıb.

Asayis.Az “Report”a istinadən xəbər verir ki, mərhum fevralın 12-də Salyana gətirilərək dəfn edilib.

Qeyd edək ki, E.Əliyev 40 ildən çox idi ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən burada baş verən dağıdıcı zəlzələnin qurbanı olub.

12:34 - 12 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin