Bakı sakini "Komsomol" dairəsində narkotiklə tutuldu

 Bakı sakini

Bakı sakinindən narkotik maddə götürülüb. Asayis.Az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 177-ci (oğurluq) maddələri ilə məhkum olunan 43 yaşlı Kərimov Anar Telman oğlu "Komsomol" dairəsi yaxınlığında saxlanılıb.

Onun üzərindən 3.033 qram heroin aşkar edilərək, götürülüb.

11:17 - 12 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin