İstanbulda zəlzələ qurbanını aldadan 6 nəfər tutulub - FOTO

 İstanbulda zəlzələ qurbanını aldadan 6 nəfər tutulub - FOTO

Türkiyədə baş verən zəlzələdə zərəçəkən vətəndaşa kömək etmək adı ilə bank məlumatlarını ələ keçirən fırıldaqçılar tutulub.

Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələdən zərərçəkən vətəndaşlara telefonla zəng edərək kömək bəhanəsi ilə onları aldadan fırıldaqçılar barədə polisə məlumatlar daxil olub.

Fırıldaqçıların Qaziantepdə yaşayan A.Nedim adlı şəxsin hesabından İstanbulda başqa bir bank hesabına 37 min lirə köçürdüyü müəyyən edilib.

Belə ki, təbii fəlakətdən sonra çadırda yaşamağa başlayan Nedimə yardım etmək bəhanəsi ilə zəng edən Helin adlı qadının Nedimin bank hesabından öz hesabına 37 min lirə köçürdüyü məlum olub.

Fırıldaqçının bank hesabı vasitəsilə məlumatlarını əldə edən polis bir müddət sonra onun şəriklərini də müəyyən edib.

Dələduzluqda şübhəli bilinən Y.Helin, E.Yusuf, K.Bedirhan, B.Türkan, A.Erkan və Y.Tahir adlı şəxslər artıq saxlanılaraq həbs edilib.

10:34 - 12 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin