Hatayın bu rayonunda heç bir bina dağılmayıb

 Hatayın bu rayonunda heç bir bina dağılmayıb

Türkiyənin Hatay əyalətinin Erzin rayonunda zəlzələ nəticəsində heç bir bina uçmayıb.

Asayis.Az "ensonhaber"ə istinadən xəbər verir ki, Erzin rayon bələdiyyəsinin sədri Ökkeş Elmasoğlu deyib ki, yeraltı təkanlar nəticəində heç yaralanan da olmayıb:

"Erzindən kənarda - İskəndərun, Hatay, Osmaniyədə yaşayan 50-60 sakinimiz hadisə nəticəsində öldü. Ancaq Erzində zəlzələ zamanı ölən və yaralanan olmadı".

Bələdiyyə sədrinin sözlərinə görə, onun dönəmində rayon ərazisində qanunsuz tikintiyə icazə verməyib.

Qeyd edək ki, Hatay əyalətinin Erzin rayonunun 42 min əhalisi var. Bu rayon Hatay şəhərindən 110, Osmaniyədən isə 20 km-lik məsafədə yerləşir. Zəlzələ nəticəsində bina uçmadığı üçün itki də olmayıb.

10:12 - 12 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin