Şakiradan zəlzələ qurbanlarına dəstək - FOTO

 Şakiradan zəlzələ qurbanlarına dəstək - FOTO

Dünyaca məşhur müğənni Şakira Türkiyə və Suriyadakı zəlzələdən zərərçəkənlər üçün müraciət ünvanlayıb.

Asayis.Az xəbər verir ki, müğənni 82 milyon izləyicisi olan sosial şəbəkə hesabından paylaşım edib.

Xeyriyyə kampaniyasına başlayan dünya şöhrətli müğənni zəlzələ qurbanları üçün çağırış edib.

O, izləyicilərindən UNICEF-ə ianə vermələrini xahiş edərək zəlzələdə həlak olanlara üzüldüyünü bildirib.

Şakiranın paylaşımında "Turkey" əvəzinə "Türkiyə" yazması da diqqətlərdən qaçmayıb.

16:48 - 11 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin