Zəzələdən sonra meydana gələn dəhşətli görüntülər

 Zəzələdən sonra meydana gələn dəhşətli görüntülər

Hatayda zəlzələdən sonra zeytun tarlasını iki hissəyə bölən 30 metr dərinliyindəki 200 metr enliliyində olan yarıq meydana gəlib.

Asayis.Az türk mediasına istinadən xəbər verir ki, bölgə sakinləri orada partlama səsi eşitdiklərini söyləyiblər. Tarlanı iki hissəyə bölən çatın dərinliyi vətəndaşları narahat edib. 

Çatın fotoları dronla havadan lentə alınıb. Bəzi vətəndaşlar zəlzələ zamanı həmin yerdən yaşıl işıq çıxdığını söyləyib.

"Partlama səsi eşitdik. Həmin anda yaşıl işıq göründü. Nə olduğunu bilmirik. İndi belə bir çat əmələ gəlib" deyə, sakinlər söyləyib. 

15:23 - 11 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin