Xırdalanda gecəyarı evə BASQIN: Kişini döyüb pulunu və qızılını aldılar

 Xırdalanda gecəyarı evə BASQIN: Kişini döyüb pulunu və qızılını aldılar

Abşeronda evə basqın olub.

Asayis.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl gecə saat 2 radələrində Xırdalan şəhərində qeydə alınıb. Bir qrup naməlum şəxs qabaqcadan əlbir olaraq, Cümşüdlü Xəyal Xəyyam oğlunun mənzilinə basqın edib. Nəticədə onlar X. Cümşüdlüyə yüngül xəsarətlər yetirərək, 500 manat pulunu və 1400 manatlıq qızıl boyunbağısını əlindən alıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

14:56 - 11 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin