Xalq artisti insult keçirdi - FOTO

 Xalq artisti insult keçirdi - FOTO

Xalq artisti Nisə Qasımova insult keçirib.

Asayis.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə iki həftə əvvəl baş verib.

İnsult nəticəsində sənətçinin sifəti əyilib və dili tamamilə tutulub.

Məlumata görə, hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var.

Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu.

Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi.

14:30 - 11 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin