Kahramanmaraşda 119 saat sonra dağıntılar altından sağ çıxarılan lisey şagirdi Kamil Canın ilk sözləri hər kəsi duyğulandırıb.
Asayis.az xəbər verir ki, 16 yaşlı oğlan xilasedicilərdən, "Bu gün neçənci gündür?", - deyə soruşub, ilk istəyi isə su olub.
Kamilin dayısı Haluk Besin sevincindən oğlanı qucaqlayıb, öpərək bağrına basıb.
Qeyd edək ki, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20 318 nəfərə çatıb.
Dağıntılar altında qalan80 088 nəfər xilas edilib.