Türkiyədə pişik 3 nəfərlik ailəni dağıntılar altından xilas etdi - FOTO

 Türkiyədə pişik 3 nəfərlik ailəni dağıntılar altından xilas etdi - FOTO

Türkiyənin Malatya vilayətində pişik 3 nəfərlik ailəni xilas edib.

Asayis. azTürkiyə mətbuatına istinadən xəbər verir ki, pişik davamlı şəkildə dağıntılar altına girib-çıxaraq xilasedicilərin diqqətini çəkməyi bacarıb.

Məhz bundan sonra həmin yerdə köməksiz qalan yaşlı qadın xilas olunub.Pişiyin qəribə hərəkətlərinin davam etdiyi görən xilasedicilər axtarışları davam etdirib və digər ailə üzvləri də aşkarlayaraq dağıntılar altından çıxarıb.

Axtarış-xilasetmə iti kimi davranan pişik sayəsində 3 nəfərlik ailə saatlar sonra sağ-salamat xilas olunub.

09:15 - 11 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin