Naxçıvanda oğurluq edənlər saxlanıldı

 Naxçıvanda oğurluq edənlər saxlanıldı

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Asayis.Az xəbər verir ki, bu barədə ”Report”un yerli bürosuna Sədərək Rayon Polis Şöbəsindən məlumat verilib.

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçi kənd sakinləri Bəhman Hüseynəliyev və Elnur Fərəcovu Dəmirçi kəndində baş vermiş oğurluq faktları ilə əlaqədar şübhəli şəxs qismində saxlayaraq, məsuliyyətə cəlb ediblər.

Onların müxtəlif vaxtlarda kənd ərazisindən oğurladıqları ev quşları və elektron avadanlıqlar maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

18:37 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin