Rusiyanın Saransk şəhərində qadın evə gec qayıtdığı üçün ərinə bıçaqla hücum edib.
Asayis. Az yerli mediaya istinadla bildirir ki, rusiyalı qadın oturacağı sərxoş ərinin başına çırpıb və mənzili tərk etməyi tələb edib.
Kişi onun qarşısını almağa çalışıb. Bundan sonra qadın ərinə iki bıçaq zərbəsi endirib. Bir müddət sonra rus qadın ərinin yaralarına sarğı bağlayıb və yerdəki qan ləkələrini silib.
Qadın yalnız üç gün sonra, ərinin vəziyyəti pisləşməyə başlayanda təcili yardım çağırıb. Kişi xəstəxanaya yerləşdirilib.
Dindirilmə zamanı qadın törətdiyi əməli etiraf edib. Onun barəsində cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.