Azərbaycanda qaz xəttində sızma - 7 min abonent qazsız qaldı

 Azərbaycanda qaz xəttində sızma - 7 min abonent qazsız qaldı

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Asayis.Az report-a istinadən xəbər verir ki, Biləsuvar şəhərinin bir hissəsini və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərini təbii qazla təmin edən daşıyıcı qaz xəttinə qazın verilişi kəsilib.

Təbii qazın verilişinin məcburi dayandırılması rayonun bir hissəsini təmin edən daşıyıcı kəmərin Zəhmətabad kəndinin girişində, asfaltın altından keçən hissəsində boru xəttinin korroziyaya uğraması nəticəsində yaranmış güclü qaz sızmasının aradan qaldırılması üçün görülən işlərlə əlaqədardır.

Təmir işlərinin bu gün günorta radələrinə başa çatdırılması planlaşdırılır.

16:15 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin