Məşhur türkiyəli aktyorun doğmaları dağıntılar altında qalaraq öldü

 Məşhur türkiyəli aktyorun doğmaları dağıntılar altında qalaraq öldü

Məşhur türkiyəli aktyor Erkan Petekkayanın ailəsi zəlzələ zamanı dağıntılar altında qalaraq həyatını itirib. 

Asayis.Az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Didem Petekkaya özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Olmadı... Allah hər kəsin köməkçisi olsun”, - deyə D.Petekkaya paylaşımında qeyd edib.

Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.

15:23 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin