15 yaşlı yeniyetmə anasını qətlə yetirdi

 15 yaşlı yeniyetmə anasını qətlə yetirdi

Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirib.

Asayis.Az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə Xətai rayonunda yerləşən mənzillərdən birində baş verib.

Belə ki, bu gün 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə yollanıb. Araşdırmalar zamanı hadisənin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.

11:46 - 10 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin