Naxçıvanda biznesə "yaşıl işıq" yandırıldı – Bank filialları açılacaq

 Naxçıvanda biznesə

Azərbaycanın uzun müddətdir ki, iri biznesin üzünə bağlı olan ərazisi – Naxçıvna Muxtar Respublikasında biznesə «yaşıl işıq» yandırılıb.

Asayis.Az xəbər verir ki, 30 ilə yaxın müddətdə burada hakimiyyətdə olan Muxtar Respublika rəhbərliyinin və bütün bu dövrdə burada mövcud olan sərt idarəetmə üsullarının dəyişdirilməsindən sonra, Muxtar Respublikaya ölkə biznesinin də yolu açılıb.

Qısa müddətdə burada ölkənin əsas bank və şirkətlərinin, ticarət şəbəkələrinin filiallarının açılmasına hazırlıq egdir.

Bu məsələlər, eləcə də ümumilikdə Naxçıvan iqtisadiyyatında inkişaf etdiriləcək sektorlar və bu sahədə olan çətinliklər bir neçə gün əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyətinin Naxçıvana səfərində geniş müzakirə edilib.

Hazırda ölkədə aparılan iqtisadi islahatların əsas ideoloqlarından olan Mikayıl Cabbarov Muxtar respublikaya dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, iş adamlarından ibarət nümayəndə heyəti ilə gəlib. Burada keçirilən «Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər» mövzusunda görüşdə Muxtar Respublika iqtisadiyyatının inkişafı yolları və burada biznesin rolu ilə bağlı müzakirələr aparılıb. Mövcud olan çətinliklər araşdırılıb.

11:25 - 10 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin