Ordumuzun hərbçisi qar uçqununa düşərək öldü

 Ordumuzun hərbçisi qar uçqununa düşərək öldü

Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.

Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək.

S.Hüseynovun 3 azyaşlı övladı qalıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatı təsdiq ediblər. Bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib: “Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.

https://ok.ru/video/4646248712810

10:40 - 10 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin