Ana və iki uşağını öldürən şəxs ömürlük HƏBS OLUNDU

 Ana və iki uşağını öldürən şəxs ömürlük HƏBS OLUNDU

Bakıda həyat yoldaşının bacısını və iki uşağını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin məhkəməsi başa çatıb.

Asayis.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Əhəd Əliyev ömürlük azadlıqdan məhrum edilib.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə ötən ilin fevralında baş verib. 1981-ci il il təvəllüdlü Əhəd Əliyev bıçaqla arvadının bacısı Gülnar Qaraxanova və onun iki azyaşlı övladını qətlə yetirib.

Qeyd edək ki, Ə.Əliyev 2007-2014-cü illərdə  Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru olub.

Fotoda: Qətlə yetirilən azyaşlılar

18:08 - 9 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin