Şuşanın mobil tətbiqi hazırlanacaq

 Şuşanın mobil tətbiqi hazırlanacaq

Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.

Asayis.Az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına əsasən, “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalı da yaradılacaq.

İcraçı orqanlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

17:53 - 9 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin