Xilasedicilərimiz dağıntılarda qalan 44 nəfəri sağ qurtardı - VİDEO

 Xilasedicilərimiz dağıntılarda qalan 44 nəfəri sağ qurtardı - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə Asayis.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ, 164 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

https://www.youtube.com/watch?v=gnZioCfqzJM&t=1s

17:30 - 9 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin