Motosikletçi faciəvi şəkildə öldü - VİDEO

 Motosikletçi faciəvi şəkildə öldü - VİDEO

Fevralın 9-da Abşeron rayonu, Masazır qəsəbəsində motosikletçinin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı 525 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun motosikletçini vurduğu, bundan sonra mişar daşı ilə dolu “Zil” markalı yük maşınının motosikletçinin üstündən keçdiyi bildirilib.

Nəticədə motosikleti idarə edən gənc oğlan hadisə yerində vəfat edib.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

https://ok.ru/video/4643907439210

15:56 - 9 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin