Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.
Asayis.Az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq İdarədən bildirilib.
Qeyd olunub ki, müvafiq mütəxəssislər ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verib:
"Bu gün İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".