Fevralın 8-də ölkədə qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.