Suriyada baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 802-yə yüksəlib. Asayis.Az "ensonhaber"ə istinadən xəbər verir ki, yaralıların sayı 5 035-ə çatıb.
Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Həma, Lazkiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri fevralın 6-dan davam edir.
Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.