Azərbaycan vətəndaşları Qaziantepdən avtobuslarla ölkəmizə yola salınır - FOTO

 Azərbaycan vətəndaşları Qaziantepdən avtobuslarla ölkəmizə yola salınır - FOTO

Azərbaycan vətəndaşları Qaziantepdən avtobuslarla ölkəmizə yola salınır.

Asayis.az report-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən onların qida təminatı da həll olunacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8 574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

17:30 - 8 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin